30 ölkənin 150 nümayəndəsi Qarabağa toplaşdı – ERMƏNİLƏR AZƏRBAYCANI TƏXRİBATA ÇƏKİR

Baxış sayı:
4181

Azərbaycanın işğal altındakı torpaqlarına əcnəbi siyasətçilərin qanunsuz səfərləri davam edir. Ermənistan KİV-ləri xəbər verir ki, bu dəfə Qarabağda 30 ölkədən 150-yə qədər qonağın iştirak edəcəyi “ProArtsakh” forumu keçiriləcək. Bu gün açılışı olan forumda Avropa parlamentinin yunanıstanlı deputatı Eleni Teoxarus, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin, ABŞ-ın Kaliforniya ştatının senatoru Antonio Portatino, Kaliforniya Assambleyasının üzvü Adrian Nazaryan, Los Anceles Şəhər Şurasının üzvü Pol Krikoryan, həmçinin Corciya və Miçiqan ştatlarından nümayəndələr gəlib. Foruma ABŞ-dakı erməni diasporunun bütün təşkilat liderləri, hüquqşünaslar da qatılıblar. “ProArtsakh” forumunun əsas müzakirə mövzusu qondarma rejimin dünyada tanıdılması və ayrı-ayrı ölkələrlə iqtisadi münasibətlərin inkişafıdır./Modern.az