“20 manat istədi, vermədim, söyüş söydü” - Xalası oğlunu bıçaqlayan şəxs tutuldu

Baxış sayı:
9137
Abşeron polisi bir müddətdir axtarışda olan şəxsi saxlamağa müvəffəq olub.
 
Muxalifət.az ARB TV-yə istinadən xəbər verir ki, rayon sakini İlham Qədirov öz xalası oğlunu 50 manat borca görə bıçaqlayıb və məsuliyyətdən yayındığına görə tutulub.
Əvvəllər məhkumluq həyatı yaşayan Qədirov, cinayəti Müşviq qəsəbəsində törətdiyini etiraf edib. O, xalası oğlunun yaşadığı evə gəlib və 3 gün qabaq borc verdiyi pulu tələb edib. Məsələni yeyib içdikdən sonra həll etmək qərarına gələn xala uşaqları mübahisədən qaça bilməyiblər. Nəticədə də İlham Qədirov Xəyyam Babayevi bıçaqlayıb və hadisə yerini tərk edib.
İlham Qədirov – saxlanılan şəxs: “50 manat borc pul istəmişdi ki, anam göndərəcək, qaytaracam. Mən də verdim, üstündən 3 gün keçdi amma qaytarmadı. Yeyib içəndən sonra dedi yenə 20 manat ver. Qaytaranda 70 manat qaytaracam. Mən də dedim arenda puludu, maşının puludu. Versəm, maşın əlimdən çıxacaq, çörək qazana bilməyəcəm. Vermədim, söyüş söydü. Yumruq atdı mənə, mən də onu vurdum. Bıçağı çıxardı, boğuşduq onunla. Əlindəki bıçaq girdi ona”.
Fakt üzrə zəruri istintaq tədbirləri davam etdirilir.