Bakıda silahlı insident olub, iki nəfər xəsarət alıb
10-03-2023 18:29
Baxış sayı:
18933
Martın 10-da Bakıda Səməd Vurğun küçəsində, Bakı Dövlət Sirkinin yaxınlığında silahlı insident baş verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, insident zamanı xəsarət alan Fəqan Rəhimli və Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.
Respublika Prokurorluğunun məlumatına görə, hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerində araşdırma aparır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, bir nəfər şübhəli şəxs saxlanılıb.
Silahlı insidentin detalları və motivi ilə bağlı hələ məlumat verilmir.