Yevlaxda Mingəçevirli qadın bıçaqlandı
22-07-2018 10:49
Baxış sayı:
2635
Yevlaxda bıçaqlanma hadisəsi olub.
Hadisə rayonun Xanabad kəndində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mirzəliyeva Şəbnəm Namiq qızına bıçaqla xəsarət yetirilib. İki zərbə qarın nayihəsinə, bir zərbə isə qoluna vurulub.Yaralı qadın xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır(report).