Yaxın Şərqdə hakim kimdir: İran, Rusiya, yoxsa ABŞ... - TƏHLİL

Baxış sayı:
5626

Nə qədər ki, ABŞ Yaxın Şərqdəki mövqelərini itirərək ordusunu Suriyadan çıxarır, regionda köhnə lider-İran nüfuzunu gücləndirir. Mürəkkəb daxili situasiyaya baxmayaraq İran dünyanın ən qeyri-stabil regonunda açar rollarından birini oynayır.
İran- regionda dost olmayan sünni dövlətlər və İsraillə mühasirə olunmuş şiə dövlətidir. Tehranın regionda ən təsirli rıçaqlarından biri İslam respublikasının vəsaiti hesabına yaradılmış - Hizbullah təşkilatıdır. O vaxtlar bu təşkilat sionistlərlə mübrizə üçün yaradılmışdı, lakin tədricən təsiri regiona yayıldı və indiyə kimi qalır.

Livan

“Hizbullah”misal üçün, Vaşinqtondan daha ehtiyatlıdır. ABŞ İraqda və Suriyada elədiyi kimi - birbaşa hərbi müdaxiləyə ya da hökumətləri maliyyələşdirməyə üstünlük verir. Məsələn, Livan hökumətinə “təhlükəsizliyin möhkəmləndirilməsinə” 105 milyon dollar ayrılıb. Bunun əksinə, şiə hərəkatı siyasi qərarların qəbul edilməsinə təsir edir. 40 ildir ki, burda mövcudluğu da pis alınmır.
ABŞ-ın xərclədiyi pullara baxmayaraq, “Hizbullah” faktiki hökuməti idarə etməyə çalışır. 2018-ci ilin mayında “Amal” patiyasından olan dindar tərəfdarları ilə birlikdə parlamentdə yerlərin çoxunu tutdular. Bundan başqa əvvəl Ər-Riyad Tehranla rəqabət aparırdısa, indi aydındır ki, Livanda ən güclü oyunçu İrandır. Bu iki həftəlik küçə nümyişlərindən sonra aydın oldu - 29 oktyabrda Səudiyyə Ərəbistanına həddən çox simpatiya bəsləməkdə ittiham olunan baş nazır Səid əl-Hariri istefa verdi. Qeyd etmək yerinə düşər ki, Livanda etiraz aksiyaları çoxdan başlayıb: son illər ölkədə iqtisadi vəziyyət pisləşir. Sonuncu etiraz dalğası ölkənin xarici borcunu azaltmaq üçün yeni vergilər tətbiq etmək qərarı veriləndə baş vermişdi. Nəticədə milyonlarla livanlı küçələrə çıxıb, hökuməti dəyişməyi, iqtisadi islahatlar keçirməyi, korrupsiya iilə mübarizə aparmağı tələb etdi. ”Hizbullah”ın lideri Həsən Nəsrullah dəfələrlə hökumətin qarşısında çıxış edib, etirazçıların tələblərini tənqid etdi. Xəbərdarlıq etdi ki, hökumətin istefası böhranı biraz da dərinləşdirəcək və xaos yaradacaq. Etirazlar”Hizbullah”ın maraqlarına toxunanda, təşkilatın hərbçiləri Beyrutda nümayişçilərin düşərgəsini dağıtdı.

Suriya
Livan sərhədləri xaricində nüfuzunu yayan hərəkat, ölkənin prezidenti Bəşər Əsədi və ələviləri (ələvilər şiələrin dayağıdır) dəstəkləmək üçün minlərlə hərbçisini qonşu Suriyaya göndərdi. Eyni zamanda, İran Hizbullahdan əlavə Suriya ordusuna və hökumətyönlü hərbi dəstələrə də dəstək verir: Şabiha bölmələri, Milli Müdafiə Qüvvələri və könüllü hücum korpusları.
Tehran təkcə Bəşəri Əsədi deyil, həm də keçmiş prezident olan atasını - Hafiz Əsədi dəstəkləyirdi. 60-cı illərdə Hafiz Əsəd Ələvi silahlı dəstələrinə qoşula bildi. Sonralar hakimiyyətə gəldikdə xüsusi xidmət orqanlarını və dövlət təhlükəsizlik orqanlarını yalnız İranın təsirini gücləndirən dini tərəfdarlarının dayaq nöqtəsinə çevirdi.
Ancaq İran Suriya üzərində tam nəzarətinə müxalif qruplara və ölkənin şimal-şərqində fəaliyyət göstərən kürd yaraqlılarına sponsorluq edən Vaşinqton mane olur. Oyuna bir neçə ildir Suriya hökumətinin tərəfində döyüşlərdə fəal iştirak edən Rusiya da qoşulub. Həm Vaşinqton, həm də Moskva üçün Suriya məsələsi əsasdır – söhbət Yaxın Şərqə hökm etmək və bölgədəki siyasi proseslərə nəzarət etmək imkanından gedir.
Nə ABŞ, nə də Rusiya tərəfi İranda olan üstünlüyünə sahib deyil: Suriyaya sursat və şiə döyüşçüləri yollayaraq vəziyyətə birbaşa müdaxilə üçün həmsərhəd ölkəyə malık olmaq. Tehran üçün belə tranzit ölkə İraqdır.

İraq
İraqın cəlbediciliyi təkcə Suriyaya tranzit statusunda olması deyil, münaqişənin kökləri keçən əsrin əvvəllərinə uzanır. İraqla İran sərhədyanı bölgələr üçün daim mübarizə aparırdılar, xüsusən də Bağdad İranla sərhəddəki Şatt əl-Ərəb çayının şərq sahilinə çoxdan gözünü dikmişdi: neft yataqları ilə zəngin, böyük ticarət limanları çox cazibəli idi. 1970-ci illərdən bəri ölkələr bir neçə dəfə sərhədlər haqda müqavilələr imzaladılar, amma İraqın keçmiş prezidenti Səddam Hüseyn faydasız danışıqlara daim son qoymağı qərara aldı, onları ləğv etdi və qonşu ərazini işğal etdi. Kiçik qalibiyyət vəd edən müharibə səkkiz il çəkdi, 700 mindən çox insan öldü, hər iki tərəf təkcə raket deyil, həm də kimyəvi silahdan istifadə etdi.
Müharibəni bitirməyə imkan tapmamış yenidən İraqda müharibələr başladı: bu dəfə ABŞ öz qoşunlarını İraqa göndərdi. ABŞ hərbi müdaxiləsi 2003-cü ildə başladı və İraqı yoxsul və qan itirmiş vəziyyətdə buraxdı: hesablamalara görə, cəmi üç ildə ən azı 150.000 iraqlı öldü. 2006-cı ildə Səddam Hüseynin edamından sonra Bağdad üçün bir şey aydın oldu: iki düşməndən qonşu olanını seçmək daha yaxşıdır.       

Tədricən İraq üzünü yenidən Tehrana çevirməyə başladı: indi ikitərəfli ticarətin həcmi artır və İran həm ordunu (o cümlədən şiə generalları vasitəsi ilə) , həm hökuməti nəzarətdə saxlayır. İraqın hazırkı Baş naziri Adil Abdul-Mehdi, qonşusu ilə yaxşı münasibətlər saxlayır, eyni zamanda Vaşinqton, kürdlər və İraqdakı bütün siyasi dairələrlə sıx əlaqələrə sahibdir. Xarici tərəfdaşlar arasında manevr edən baş nazir kəskin narazılığa və əhalinin etirazına səbəb olan ölkədaxili siyasətlə bağlı vədləri yerinə yetirmir. Məsələn, o, çoxdan korrupsiyanın qarşısını almağa və hökumət kabinetinin yenidən qurulması üçün islahatlar aparmağı planlaşdırmışdı, ancaq bu günə qədər yalnız məmurların maaşlarını azaltmağı bacarıb. Etirazçılar belə bir qərara lağ edirlər.
Bir aydan çox davam edən etiraz aksiyalarının təzyiqi altında Əbdül-Mehdi istefa verməyə hazır olduğunu bildirdi. Ancaq İranın təsiri bununla məhdudlaşmır - şiə partiyaları hökumətdə fəaliyyət göstərəcək və  parlamentdə çox yer tuturlar.

Yəmən
İranın Yaxın Şərqdəki təsirini genişləndirməsinə imkan verən başqa bir vasitə, şiələrin başlatdığı silahlı üsyanlara dəstək verməkdir. Beləliklə, İslam Respublikası 2014-cü ildən bəri vətəndaş müharibəsinin getdiyi Yəməndə fəaliyyət göstərir. Münaqişə ölkənin şimal və mərkəzi bölgəsini husilərin (Şiə hərəkatı Ənsar Allah) ələ keçirməsi ilə başladı. 2015-ci ildə Səudiyyə Ərəbistanı, sürgünə məruz qalan sünni prezidentinə dəstək verərək Yəməndə hərbi kampaniya başlatdı.
Yəməndə nəinki Ər-Riyad və Tehranın maraqları daim toqquşur, eyni zamanda bölgəyə müxtəlif dərəcədə təsir göstərməyə çalışan digər tərəflər də var. Vaşinqton bölgədə onun maraqları pozulduqda oyuna girir: bir qayda olaraq bu neft hasilatı ilə bağlıdır. Məsələn, ABŞ İranı Səudiyyə Ərəbistanın şərqindəki bir neft emalı zavoduna husilərin sentyabr hücumunu törətməkdə ittiham etdi. Bunları başa düşmək olar: dünyada ən böyük zavoda edilən hücum Səudiyyəlilərə, Fars körfəzindəki tankerlərə edilən hücumlardan daha baha başa gəldi. Ölkədə neft hasilatı iki dəfə azaldı, dünya isə yanacağın 6 faizini itirdi.
Ancaq Vaşinqtonun ittihamlarına baxmayaraq, İran hələ də Yəmənin cənubuna nəzarət edən Husi qoşunlarına sponsorluq etməkdə davam edir. Dörd ildir ki, Ər-Riyadın başçılıq etdiyi koalisiya Tehranın dəstəklədiyi fraksiyaların öhdəsindən gələ bilmir. Və yaxın gələcəkdə bunu bacaracağı ehtimalı azdır.
Ekspertlərin çoxu hesab edir ki, bütün bu hücumların arxasında husiləri silah - sursatla təmin edən İran dayanır. Ancaq digər mütəxəssislər, xüsusən də Sankt-Peterburqdakı Avropa Universitetinin dosenti Nikolay Kojanov bu fikirlə razılaşmırlar. Kojanovun sözlərinə görə, Yəmən Tehran üçün ABŞ-la danışıqlarda özü üçün daha əlverişli şərtlər müqabilində təhvil verməyə hazır olduğu bir kartdır.
Ancaq dünya birliyi fərqli düşünür və bunun bir səbəbi var: İslam Respublikasına qarşı fəal şəkildə informasiya müharibəsi aparılır. İranın əleyhdarları husilərə təsir mifini fəal şəkildə dəstəkləyirlər, lakin bu əməkdaşlıq hər iki tərəfə əl verir - qrup İrandan silah alır, döyüşçülərə İran hərbçiləri təlim keçir və Tehrana Yaxın Şərqdəki bütün proseslərə nəzarət əfsanəsi sərf edir.

Suriyada dörd il davam edən müharibədə Rusiya nə qazandı?

Bütün bunlarla birlikdə İranın gücü təkcə informasiya müharibəsinə uyğunlaşmaqda deyil, həm də onun ideologiyasındadır. Dünya ictimaiyyətinin Tehranın kuklaları kimi gördükləri - təkcə husilər deyil, həm də Hizbullah döyüşçüləri – sadə hərbçilər deyil, həm də onun tərəfdaşları, müttəfiqləri, şiə mənəvi məktəbinin davamçılarıdır.
Ancaq köhnə yeni liderin gücü sonsuz deyil və çox vaxt Orta Şərqdəki digər aktyorlarla toqquşur. Əgər Tehran Livan və Yəməndəki mövqelərinindən vaz keçməyə hazırdırsa, İraq və Suriya onun üçün çox vacibdir. İran bu bölgələrin arxasında nə qədər möhkəm dayandığı, bəzən paranoyaya oxşayır, amma bunun səbəbləri var: müharibə başa çatdıqda və dünya Şam və Bağdadda söz sahibinin kim olacağına qərar verəndə, ən yaxın dostlar düşmən ola bilər. Bundan sonra, Vaşinqton və Ər-Riyaddan başqa, Tehranın rəqibləri sırasına çox güman ki, Moskva da qoşulacaq, çünki Suriyadakı mövqelər də onun üçün əsasdır və bundan da geri çəkilməyəcək.

Ülviyyə Şükürova,
Muxalifet.az