Yaqub Eyyubovun qardaşı nəvəsi də HƏBS OLUNDU - Şok iddia

Baxış sayı:
4036

Ağstafada hüquq-mühafizə orqanları tərəfindən saxlanılan məmurlardan biri yüksək rütbəli dövlət rəsmisinin yaxın qohumudur. Hefteaz.info-ya verilən məlumata görə, söhbət icra başçısı Nizaməddin Quliyevin humanitar məsələlər üzrə müavini Lalə Eyyubovadan gedir. O, Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir. Məlumatlara görə, L.Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.