“Vasitəçilik etməyə hazırıq” - Rusiyadan Pakistana cavab
1-03-2019 12:55
Baxış sayı:
7921

Pakistanın xarici işlər naziri Şah Maxmud Kureşi martın 1-də jurnalistlərə bildirib ki, Rusiya Hindistanla Pakistan arasında gərginliyin azaldılması məsələsində vasitəçilik etməyə hazırdır.
O deyib: "Pakistan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təklifi ilə danışıqlarda iştiraka hazırdır, ancaq Hindistan tərəfi bu təklifi qəbul edirmi?”.
Xatırladırıq ki, Hindistanla Pakistan arasında böhran fevralın 14-də başlayıb.