Ukrayna Trampın 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır
11-03-2025 22:31
Baxış sayı:
386

Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır.
Bu barədə Ukrayna və ABŞ-nin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən danışıqlarının yekunları üzrə birgə bəyanatında qeyd olunub.
Məlumata görə, bəyanatın mətni Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin saytında dərc olunub.