UEFA Çempionlar Liqası: “Tottenhem” öz meydanında “Ayaks”a uduzdu
1-05-2019 09:59
Baxış sayı:
6106
Aprelin 30-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib.
Muxalifet.az bildirir ki, mərhələnin açılış görüşündə İngiltərənin “Tottenhem” klubu Hollandiyanın “Ayaks” komandasını qəbul edib.
Görüş gözlənilmədən qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.
Oyunda yeganə qolu 15-ci dəqiqədə Doni van De Bik vurub.
Bu komandaların arasında cavab görüşü mayın 8-də keçiriləcək.
Mərhələnin digər oyunu bu gün, mayın 1-də keçiriləcək. İspaniyanın “Barselona” klubu öz meydanında İngiltərənin “Liverpul” komandasını qəbul edəcək.