Türkiyədə qaliblərin görüşü başladı
27-06-2018 17:32
Baxış sayı:
1747

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün saat 17:00-da MHP sədri Dövlət Baxçalı ilə görüşəcək.
Muxalifet.az xəbər verir ki, Ərdoğan-Baxçalı görüşündə AKP-dən olan bəzi nazirlərin və MHP sədrinin müavinlərinin də iştirakı gözlənilir.
Xatırladaq ki, AKP və MHP 24 iyunda keçirilən prezident və parlament seçkilərində Cümhur İttifaqı ilə iştirak edib. Ərdoğanın formalaşdıracağı yeni hökumətdə MHP nümayəndələrinin də olacağı istisna edilmir.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı arasında görüş başlayıb.
Görüş Ankaradakı prezident iqamətgahında keçirilir.