Türkiyə sərhədinə ballistik raket atıldı

Baxış sayı:
2865

Suriyanın Türkiyə ilə sərhədi yaxınlığına ballistik raket atılıb.

Axar.az xəbər verir ki, ballistik raketin Türkiyənin Hatay şəhərinin Reyhanlı mahalının qarşısındakı, İdlib şəhərinin dağlıq ərazisinə düşüb.

Raketin İdlibin Turlaha kəndində atıldığı ehtimal edilir. Ballistik raketin kim tərəfindən atıldığı hələlik məlum deyil.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur.