Türkiyə Rusiyadan qırıcı təyyarələr alır

Baxış sayı:
4930

Türkiyə Rusiyadan Su-35 qırıcı təyyarələri almaq haqqında fikirləşir. Bu barədə Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq Xidmətinin (FSVTS) prezidenti Dmitri Şuqayev danışıb. Rusiya mətbuatına açıqlama verən Şuqayev müzakirələrin davam etdiyini, məsələnin dəyərləndirildiyini bildirib. Sentyabr ayında İstanbulda gerçəkləşən Texnofest festivalında Su-35-in türk mütəxəssislərə sərgiləndiyini xatırladıb və qeyd edib ki, hələ ki, müqavilə ilə bağlı söz deyə bilməz.//publika