Türkiyə bu ölkəyə ORDU YERİDİR - Qərar verildi...

Fərat çayının şimalındakı terror ünsürlərini təmizləmək üçün hərəkətə keçəcək Türkiyə Silahlı Qüvvələrinə Azad Suriya Ordusu (ASO) yardım edəcək. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ASO artıq ağır silahlar və raketlərin iştirak etdiyi təlimlərlə müharibə sınağı keçirib. ASO-nun Həmzə Tüməni və Xüsusi Təyinatlı Dəstələri komandiri Seyf Əbubəkir Ankaradan əmr gözlədiklərini, təlimata uyğun olaraq Fəratın şərqinə keçib PKK-nın kökünü qazıyacaqlarını bildirib: Milli Ordunun bir parçasıyıq. Əsgərlərimiz, planlarımız hazırdır. Ankara istənilən hədəfi göstərəndə biz ora getməyə hazırıq. Hazırda fövqəladə vəziyyətdəyik”. Son 1 həftə içində hər gün təlim keçirən ordu əsgərləri öyrəndiklərini təkrar edərək yaxın döyüş, ağır silahlardan istifadəni öyrənir. ASO-nun qollarından olan Həmzə Tüməni və Süleyman Şah qrupları daha əvvəl terrorçulardan təmizlənən Afrində müharibə kimi təlim keçirib. Ağır silahlar ve roketlərin istifadə edildiyi təlimə 2 min əsgər qatılıb. Qeyd edək ki, Azad Suriya Ordusu ötən il “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri ilə birgə Afrin şəhərini terrorçulardan təmizləmişdi.