Trampa şok: Avropa ABŞ sanksiyalarını “bypass” edəcək mexanizmi qurdu

Alman mətbuatı, Almaniya, Fransa və İngiltərənin ABŞ sanksiyalarına qarşı İranla ticarəti asanlaşdırmaq üçün hazırladığı xüsusi ödəmə kanalını yaratdığını bildirib.
Xəbərdə, maliyyə ödəmə kanalının adının INSTEX (Barterlə Ticarəti Müdafiə Vasitəsi) olacağı qeyd olunub.
BAZAR ERTƏSİ AÇIQLANMASI GÖZLƏNİLİRDİ
Avropalı diplomatların ABŞ mərkəzli “Bloomberg” kanalına verdiyi açıqlamaya görə, maliyyə kanalının qurulduğuna dair rəsmi açıqlamanın Aİ tərəfindən bazar ertəsi günü açıqlanması gözlənilirdi.
“Bloomberg” kanalına açıqlama verən bir avropalı diplomat, rəsmi elan üçün 28 yanvar bazar ertəsi gününün müəyyən olunduğunu, ancaq rəfdə gözləyən bəzi problemlər üzündən qısa bir gecikmə baş verəcəyini və Aİ-yə üzv ölkələrin maliyyə ödəmə kanalının ayın sonuna qədər tamamlanması lazım olduğu barədə qərar aldıqlarını ifadə etmişdi.
Müxalifət.az