Tramp Dünyanı NECƏ ALDADIR...- Təhlil

Baxış sayı:
4042

Muxalifet.az "Əl-Cəzirə"yə istinadla aşağıdakı təhlili təqdim edir: Dünya liderləri və regional analitiklər İŞİD lideri əl-Bağdadinin öldürülməsindən sonra onun İraq və Suriya ərazisindəki qalıqları ilə nə olacağını müzakirə edirlər. Bağdadinin rəhbərliyi altında təşəkkül tapan İŞİD müasir tarixin ən qəddar silahlı qruplarından idi və Böyük Britaniyaya bərabər bir ərazidə özünü xilafət elan etmişdi. Londondakı Kral Kollecinin Hərbi Tədqiqatlar Departamentinin yardımçı professoru Andreas Kriq deyir ki, Bağdadinin ölümü daha çox “simvolik xarakterli” idi. “ Mən çox illər əvvəl demişdim ki, bu təşkilat lideri olmayan virtual xilafətdir”. Onun liderinin öldürülməsi ilə təşkilatın fəaliyyəti dayanmayacaq, əksinə bundan sonra onun qalıqları olan dəstələr Suriya, İraq, həmçinin Əfqanıstan və hətta Afrika ərazisinə yayılacaqlar, orda fəaliyyətə davam edəcəklər”, deyə bildirir. İŞİD-in media kanalları Bağdadinin ölümü ilə bağlı nə öz mənbələrinə istinadla, nə də Trampın açıqlamalarına münasibət bildirməyiblər. İraqdan olan İŞİD-i tədqiq edən ekspert əl-Haşimi bildirir ki, potensial varislər siyahısı çox qısadır və əsas üzdə olan iki namizəd var: Əbu Osman əl-Tunisi və Hacı Abdullah kimi tanınan Əbu Saleh əl – Cuzravi. Əl Haşimi birincinin milliyətcə Tunisli olduğunu, İŞİD-in qanunverici və məşvərət orqanı olan Şuranın başçısı olduğunu deyir. İkinci isə Səudiyyə Ərəbistanındandır və Nümayəndələr Komitəsini idarə edir. Bu iki “optimal namizədlər” hələ mübahisə mövzusudur, çünki heç biri İŞİD silahlı qüvvələrinin əsas döyüşü qüvvəsi olan Suriyalı və İraqlıların həmvətəni deyil. Aymen Cavad Təmimi akademik ekspert olaraq Hacı Abdullahı potensial namizəd kimi səciyyələndirir. “ Hacı Abdullah İŞİD sənədlərində Bağdadinin nümayəndəsi hesab olunur və sağdır”, deyə Təmimi bildirir. Bağdadidən sonra ikinci fiqur kimi bilinən Abdullah Qardaş ətrafında spekulyasiya gedir. “İŞİD liderlərinin çoxunun artıq Suriya və İraqda izləri yoxdur, çünki onların əksəriyyəti öldürülüb. Analitiklərin çoxu deyir ki, Bağdadinin davamçısı ehtimal olunandan daha fərqli olacaq. Təmimi və əl-Haşimi Abdullah Qardaş haqda məlumatların saxta olduğunu bildirirlər. İraq mənbələrindən sitat gətirərək onlar Abdullah Qardaşın 2017-ci ildə artıq öldürülmüş olduğunu bildirirlər. Onun qızı İraq kəşfiyyatının əlindədir. Həm o, həm digər qohumları təsdiq ediblər ki, Abdullah 2017-ci ildə öldürülüb”. Bu ilin mart ayında İŞİD sıralarında əl-Bağdadini “xilafət”in məhv edilməsində və öz vəzifəsini yerinə yetirməməkdə günahlandırdılar, belə ki, Bağdadi öldürüldüyü zaman artıq İŞİD-ə “xəlifəlik etmirdi”. “Bağdadi İraq və Suriyada məğlubiyyətlər başlayandan bəri təşkilat üçün “yük” olmağa başlamışdı”, -deyə Ammanlı analitik Həsən Haniyə deyir. “Mən düşünürəm ki, İŞİD bundan sonra xilafət olmaqdan çıxıb, təşkilata çevriləcək və onun qalıqları Bağdadinin varisinə beyət etməyəcəklər”. Maraqlıdır ki, ekspert əl-Haşiminin dediyinə görə “xəlifə”nin Qureyş qəbiləsindən olması əsas şərtlərdəndir. ABŞ-la Səudiyyə Ərəbistanının “ayrılmaz müttəfiqlər” olduğunu nəzərə alsaq bu təşkilatın Səudiyyə Ərəbistanına hansı yollasa bağlılığına işarə ola bilərmi? Hazırladı:Ülviyyə Şükürova Muxalifet.az