"Tramp Avropa Birliyinin dağılması üçün dua edir"- Donald Tusk

Baxış sayı:
14809

Avropa Şurasının Baş katibi Donald Tusk ABŞ prezidenti Donald Trampın Avropa Birliyinin qarşılaşdığı ən çətin sınaq olduğunu söylədi. Tusk, Trampın AŞ-nın dağılması üçün dua etdiyini iddia etdi. Muxalifet.az bu barədə "Voice of America"ya istinadla xəbər verir. Britaniyanın AŞ-dan ayrılmaq qərarını alqışlayan Tramp, AŞ-na ticarət rəqibi kimi baxdığı üçün NATO-ya qarşı da şübhəli münasibət bəsləyir. Həftəlik alman nəşri “Die Zeita”a müsahibə verən Tusk, “Tarixdə ilk dəfə birləşmiş Avropaya açıqa düşmən olan ABŞ prezidenti var. O, Breksiti dəstəkləyir və Avropa Birliyinin parçalanması üçün dua edir”, deyə bildirdi. Trampın AB-nı zəiflətmək niyyətində qətiyyətli olduğunu bildirən Tusk, bu vəziyyətin AB-nin ən böyük çətinliklərindən biri olduğunu dedi. Polşanın sabiq baş naziri olan Donald Tusk 5 ildir ki, AŞ-nın başçısı vəzifəsini yerinə yetirir. Ondan sonra sabiq Belçika Baş naziri Charles Michelin bu vəzifəyə gələcəyi gözlənilir. Muxalifet.az