Terror təşkilatı PKK-dan CHP-yə TƏŞƏKKÜR

PKK-nın siyasi qolu olan HDP-nin, CHP-dən verilən səslərlə seçki barajını aşması terror təşkilatı tərəfindən sevinclə qarşılanıb.
24 iyun seçkilərində prezident Rəcəb Tayyib Ərdoğana olan düşmənçilikləri ilə hərəkət edən bəzi CHP-lilər, terror təşkilatı PKK-nın siyasi qanadı HDP-ni Məclisə salmaq üçün üçün əlindən gələni etdi.
Qəndilin partiyası HDP kürtlərin yaşadığı Türkiyənin şərqində xeyli səs itirərkən, qərbdə CHP-dən verilən əmanət səslərlə seçki barajını aşa bildi.
KILIÇDAROĞLUNUN ETİRAFI
CHP sədri Kamal Kılıçdaroğlu da bütün rəngləri Məclisə daşıya bildiklərini söyləyərək, PKK-ya verdikləri dəstəyi etiraf etmiş oldu.
QƏNDİL DƏRHAL TƏŞƏKKÜR AÇIQLAMASI ETDİ
CHP liderinin bu sözlərindən sonra Qəndildən bir açıqlama gəldi.
Təşkilatın mediasına edilən açıqlamada, CHP-yə əmanət səslər üçün təşəkkür edilib.
Terror təşkilatının açıqlamasında bu ifadələrə yer verilib: "Kürdlər və Türkiyə xalqları sahib çıxdığı üçün, nə təzyiqlər, nə hiylələr HDP-ni seçki barajı altında qalmağa imkan vermədi. HDP ətrafında toplaşan Kürd xalqını və demokratiya güclərini təbrik edirik".
Müxalifət.az