Suriya nefti İsrailə gedəcək - Rusiya və Əsəd də bu məsələdə əlbirdir

Baxış sayı:
7309

Kürd İşçi Partiyası (PKK) silahli qüvvələrinin (YPG) köməyi ilə Suriya neftini ələ keçirən ABŞ minlərlə əsgərini neftlə zəngin bölgələrə yerləşdirdi. ABŞ dövlət katibi neftlə zəngin yataqları qorunmaq üçün terrorçuların ixtiyarına verdi.
Muxalifet.az 
bu barədə "Güneş" nəşrinə istinadla məlumat verir.

Türkiyənin "Sülh mənbəyi" əməliyyatı zamanı ABŞ ordusunun Suriyanın şimal-şərqindən çəkilməsinə qərar verən ABŞ prezidenti Donald Tramp daha sonra etiraf etdi: "Biz Suriyaya neft üçün gəlirik" və bu əməliyyatların başlaması ilə ABŞ bölgədəki 16 baza və müşahidə nöqtəsini tərk etdi. Lakin milyardlarla dollarlıq neftin olduğu Deyr əz-Zor, Haseke və Raqqada onlar yerlərindən tərpənmədi. Üstəlik Suriyanın şimalından çıxarılan 2 min Amerika əsgəri neftlə zəngin ərazilərə göndərildi. «Sülh mənbəyi” əməliyyatının dayandırılmasından sonra ABŞ kontingenti altı bazaya qayıtdı.
Deyr əz-Zorda iki yeni baza
ABŞ-ın Suriyada “neft üçün var olduğunu” açıq etiraf edən Tramp, neft yataqlarını qorumaq üçün bölgəyə əlavə əsgər göndərmək planını təsdiqlədi. Bu, Deyr əz-Zor və Haseke arasındakı 150 kilometrlik zonada təxminən 800 ABŞ əsgərinin yerləşdirilməsinə imkan verdi. Bundan əlavə, ABŞ rəhbərliyi neftlə zəngin Deyr əz-Zorda iki yeni hərbi baza yaratmağa başladı. Bu bölgələrə əlavə olaraq 250-300 əsgər, zirehli texnika, ağır silah və sursat göndərildi. ABŞ ordusu PKK / YPG terror təşkilatı tərəfindən Suriyada işğal altındakı neft yataqlarını patrul etməyə davam edir.
Bununla fəxr edirik
Bir gün əvvəl, Almaniyaya etdiyi səfərdə ABŞ Dövlət Katibi Mayk Pompeo, ABŞ-a Suriyada əlaltılıq edən PKK/YPG üçün örtük rolunu oynayan Suriya Demokratik Qüvvələrinə "böyük resurslar" verdiklərini bildirdi. "Biz bununla fəxr edirik və onları dəstəkləməyə davam edəcəyik, çünki bunun bizim maraqlarımıza uyğun olduğuna inanırıq" dedi. ABŞ, terrorçulara müdafiəni təmin edərək, nefti nəzarət altında saxlamağı planlaşdırır və bu plan yalnız Suriya ilə məhdudlaşmır.
Bu bölgə İraq neftinin Aralıq dənizinə nəqlində strateji əhəmiyyətə malikdir. Bu bölgədən keçən boru kəməri ilə Kərkük və Deyr əz-Zor nefti İsrailə çatdırılacaq və oradan da bütün dünyada satılacaq.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Jonathan Rath, ABŞ-ın PKK / YPG terror təşkilatını Suriyadakı neft yataqlarından əldə etdiyi gəlir hesabına maliyyələşdirdiyini söylədi.
Neft İsrailə veriləcək
Məlum oldu ki, Kərkük və Suriya neftinin İsrailin Hayfa limanına nəqlini qarşısında məqsəd qoyan 85 illik bir plan var. Bölgədəki son hadisələri məyyən edib, dizayn edən məhz o idi. İndi ABŞ-ın nəzarətində olan bölgədə çəkiləcək neft kəməri tam gücü ilə işə düşə bilərsə, gündə 5 milyon barel neft İsrailin Hayfa limanına verilə bilər. Yuxarıda göstərilən planın bir hissəsi olaraq İraq və Suriya arasında bir Əbu Kamal keçid məntəqəsi açıldı. Və bu keçid məntəqəsinin Suriya rejimi tərəfindən idarə olunması, Rusiyanın da bu planda iştirak etdiyini göstərir.
Muxalifet.az