“Son OMON-çu getməyimi istəməyənədək prezident postunu tərk etməyəcəyəm” - LUKAŞENKO
30-12-2020 17:19
Baxış sayı:
1654
Son OMON-çu hakimiyyətdən getməyimi istəməyənədək prezident postunu tərk etməyəcəyəm.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk şəhərinin Daxili İşlər İdarəsinin OMON dəstəsi ilə görüşündə bildirib.
Belarus OMON-çuları A. Lukaşenkoya xüsusi xidmətlərinə görə qara beret təqdim ediblər. Belarusun dövlət başçısı da öz növbəsində hüquq-mühafizə orqanının əməkdaşlarına dövlət mükafatlarını təqdim edib./apa