SON DƏQİQƏ: Fədayə Laçın niyə məxfi şəkildə azadlığa buraxıldı...

Baxış sayı:
3661

Bu gün səhər saatlarında müğənni Fədayə Laçının azadlığa buraxıldığı bildirilir. Musavat.com xəbər verir ki, müxtəlif KİV nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasının önünı toplaşaraq, müğənninin azadlığa çıxmasımı gözləyir. Lakin müəssisənin rəisi Elnur İsmayılov müğənninin səhər saatlarında azadlığa buraxıldığımı bildirib. Lakin müğənninin vəkili Nirəngiz Qarayeva və bacısı İlahə Fəda jurnalistlərə açıqlamasında bildirirblər ki, yayılan məlumat doğru deyil: "Fədayə Laçın hələ ki, azadlığa buraxılmayıb. Təxminən bir saata müəssisədən buraxılacağını gözləyirik". Maraqlıdır, ictimaiyyətin və medianın diqqətində olan tanınmış şəxsi azadlığa çıxmasında nəvar ki, buna məxfilik donu geydirilir? Xatırladaq ki, ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci ildə çıxardığı hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılmışdı. Məhkəmənin qərarı ilə F.Laçının cəzası 2 ilə endirilib. Bundan başqa, Kanvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib. Beləliklə, həbsdə olan müğənninin 2 illik cəzası bu gün başa çatır. Qeyd edək ki, müğənni və digərləri xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi.