SON DƏQİQƏ! Baş həkim vəzifəsindən azad olundu – İftixar Zeynalov haqda şikayətlərin sayı çoxalmışdı…

Baxış sayı:
16441

Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov vəzifəsindən azad olunub. Muxalifet.az xəbər verir ki, bu haqda Goranboy rayon sakinləri tərəfindən məlumat verilib.

Baş həkimin hansı səbəbdən isetafaya göndərildiyi haqda hələ heç bir məlumat açıqlanamasa da, məlumata görə, son vaxtlar İftixar Zeynalovdan müvafiq orqanlara şikayətlərin sayı artmışdı.

Qeyd edək ki, bu gün Səhiyyə Nazirliyində bir sıra kadr dəyişikliyi olub. Belə ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov işdən çıxarılıblar.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinə 3 yeni müavin təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamları ilə İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.