“Medera” hospitaldan əsassız ittihamlara reaksiya – VƏ YAXUD ÜMÜD ƏHMƏDOVU DİGƏR XƏSTƏXANALAR NƏ ÜÇÜN QƏBUL ETMƏMİŞDİ?

Baxış sayı:
18712

Ötən ilin noyabrında baş verən avtoqəza zamanı ağır xəsarətlər alaraq “Medera” Hospitalın reanimasiya şöbəsinə yerləşdirilən Ümüd İlqar oğlu Əhmədovun sonrakı taleyi ətrafında müxtəlif fikirlər səslənir. Bu vəziyyətdən istifadə edib, sağlamlıq ocağına və tibb işçilərinə qarşı “linç məhkəmələri” qurulur. Halbuki, məruz qaldığı avtoqəzada ciddi xəsarətlər alan Ümüd Əhmədov 25 noyabr 2022-ci ildə xəstəxanaya qəbul olunarkən koma vəziyyəti 3-4 glaskow olaraq müəyyən olunub. Buna səbəb isə ağır beyin zədəsi alması olub. Buna görə, əl-qolu ifliç vəziyyətdə olub və süni tənəffüs aparatına qoşulub.

Haşiyə çıxaq ki, Ü.Əhmədov “Medera” Hospitala daxil olmazdan əvvəl yaxınları tərəfindən müxtəlif xəstəxanalara aparılsa da, heç biri qəbul etməyib. Səbəb olaraq, onun həyat şansının olmadığı göstərilib.

“Medera” Hospitalda Ümüd Əhmədovun üzərində ağır əməliyyat anasının şəxsi razılığından sonra aparılıb. Əməliyyat aparılması ilə bağlı razılıq ərizəsində həkimlər tərəfindən əməliyyatın riskli olduğu barədə xəbərdar edildiyini, ancaq kiçik də olsa şansı dəyərləndirmək istədiyini də yazıb. Bütün bu prosedur qaydalardan sonra yaralı əməliyyat olunub və qeydlərdən görünür ki, əməliyyat uğurlu keçib. Belə ki, cərrahi əməliyyatdan sonra xəstənin vəziyyəti stabil olduğu, huşunun aydınlığı qeydlərdə öz əksini tapıb. Bir neçə aylıq müalicədən sonra Ümüd Əhmədov bu ilin yanvar ayının 18-də xəstəxanadn evə çıxıb.  

Təxminən bir ay sonra “City Hospital”da yazılmış epikrizdə də huşunun aydın olduğu, korneal reflekslərin canlı olduğu qeyd edilib. Fevral ayının 24-də keçirilən müayinələrdən sonra xəstə yenidən əməliyyata götürülüb. Martın ilk günü xəstənin vəziyyəti kafi olaraq dəyərləndirilib və müvafiq məsləhətlər verilərək evə buraxılıb.

Sonradan baş verən faciəyə görə isə “Medera” Hospitala qarşı əsassız ittihamlar irəli sürülməyə başlayıb. Guya vəziyyətinin sağalmaz olduğu blinən Ümüd Əhmədov pula görə əməliyyat olunub. Halbuki, Ümüdün anası oğlunun həyatda qalması üçün ən kiçik şansı da dəyərlənmək istəyini razılıq ərizəsində qeyd edib.

Tibb ocağına qarşı daha bir əsassız iddia guya Ümüdün əməliyyatı üçün ailəsindən 180 min manatdan artıq pul alınması haqqındadır. Halbuki rəsmi sənədlərdə 26 noyabr 2022-ci ildən 18 yanvar 2023-cü ilədək olan müddətdə əməliyyat, müayinə, analiz və digər tibbi xidmətlər üçün Əhmədovlar cəmi 39 168 manat ödəyiblər. İndi isə dərdli ailənin vəziyyətindən sui-istifadə edilərək tibb ocağına, həkimlərə qarşı “linç məhkəməsi” həyata keçirilir. Bu isə çox zərərli və təhlükəlidir. Həkimlərin “günah keçisi”nə çevrilməsi çox böyük faciələrə yol aça bilər.

Qeyd etdiyimiz kimi, avtoqəza baş verəndən sonra Ümid Əhmədovu heç bir xəstəxana qəbul etməyib. Həkimlər Xəstənin yaşama şansını 1 % dəyərləndiriblər. Ümüd Əhmədovun anası “Medera” hospitaldan xahiş edib ki, oğlunun nəfəsinin gəlməsi kifayyətdir.

Üstəlik, xəstə “Medera” hospitaldan evə buraxılandan sonra 7 dəfə başqa xəstəxanalarda beynindən əməliyyat olunub.

Muxalifet.az