​ƏƏSMN məcburi köçkünlərin evlərini satıb, əlil məcburi köçkünlərə mənzil alır?

Baxış sayı:
13801

Qarabağın suverenliyinə qovuşması ilə Bakıda , eləcə də digər şəhərlərdə məcburi köçkünlərə tikilən evlərin taleyi gündəm oldu. Və çox keçmədi, prezident sərəncamı ilə ƏƏSMN-in həmin evləri satıb, şəhid və qazi ailələrinə mənzillər alınması qərarı alındı.
Maraqlıdır, mənzilləri birbaşa əlil və şəhid ailələrinə vermək olmaz? Niyə satıb, kimə satıb, alınan vəsaitlə yenidən mənzillər almaq qərara alınıb? Bu satıb-almada qaranlıq işlər çevrilmirmi? Sonuncu suala müsbət cavab vermək təcrübədən qaynaqlanır.
Nədən ƏƏSMN-in , yanındakı Sosial Xidmətlər Agentliyinin mənzil dəllallığı, kimə olmasa da, ehtiyacı olan Qarabağ əlillərinə və şəhid ailələrinə yaxşı bəllidir. Rüşvətlə mənzillərin bölünməsi sınaqdan çıxmış təcrübədir. Bakının mərkəzində yaşayan Qarabağ əlilləri illərdir mənzil yiyəsi olmur, amma məcburi köçkün Qarabağ əlillərinə ƏƏSMN mənzil verir. Bu necə olur? Belə çıxır, məcburi köçkün Qarabağ əlilləri həm “ Qaçqınkom”dan mənzil alır, həm də ƏƏSMN-dən? Yəqin məcburi köçkünlərin evləri satılanda bu ikiqat təminatlı mənzil yiyələrinin rüşvəti  nəzərə alınar. Bu rüşvətlə mənzil təminatında rayon icra hakimiyyətlərinin də rüşvət payı çoxdur. RİH-lər qanunsuz olaraq məcburi köçkünləri rüşvətlə mənzil növbəsinə götürür, sonra da rüşvətlə mənzil yiyəsi edir, Bakı , yerli əlillər isə mənzilsiz qalır.
Məcburi köçkünlərə tikilən evlərin satılması sərəncamından iki ilə yaxın vaxt keçir. Amma hələ də nə satılan məbləğ, nə alınan mənzillərdən xəbər var. Məcburi köçkün mənzillərinin sayı isə Qarabağ əlillərinin sayından 5-6 dəfə çoxdur.