SENSASİON İDDİA: “Kamal Kılıçdaroğlu istefa verdi”
25-06-2018 13:03
Baxış sayı:
9640

CHP sədri Kamal Kılıçdaroğlunun, Rəcəb Tayyib Ərdoğan qarşısında aldığı 11-ci məğlubiyyətdən sonra istefa verməyə hazırlaşdığı irəli sürülüb.
24 iyun seçki nəticələrinin məlum olması ilə CHP-nin aldığı 22 faizlik səs nisbəti bütün partiya üzvlərində şok effekti yaradıb. CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə isə CHP-dən 10 xala yaxın çox səs alması partiyada ciddi bir lider probleminin olduğunu ortaya qoydu.
CHP kulislərindən verilən məlumatlara görə, hər seçkidən sonra olduğu kimi, evinə qapanan və heç bir açıqlama verməyən CHP lideri Kılıçdaroğlunun, Məhərrəm İncənin mətbuat toplantısından sonra istefa qərarını açıqlayacağı iddia edilib.
Müxalifət.az