​Şehiç türklərdən 500 min avro istədi

Baxış sayı:
4474

"Qarabağ"ın keçmiş qapıçısı İbrahim Şehiç Türkiyənin "Trabzonspor" klubundan təklif alıb.
Muxalifet.az xəbər verir ki, klubla Bosniya və Herseqovina milli komandasının qolkiperi arasında görüş gerçəkləşib.
29 yaşlı oyunçu "Trabzonspor" klubundan ilinə 500 min avro istəyib. Onun transferinin Esteban Alvaradonun komandadakı taleyindən asılı olduğu bildirilir.
Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"da ardıcıl 5 mövsüm çıxış etdikdən sonra klubla yollarını ayırıb. O, Bosniya və Herseqovina yığmasının heyətində 6 oyuna çıxıb. Hazırda "Trabzonspor"un heyətində ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmiş Ramil Şeydayev də yer alıb.