Rusiyanın ən varlı adamları... - SİYAHIDA AZƏRBAYCANLILAR DA VAR

Baxış sayı:
33859

“Forbes” jurnalı Rusiyanın ən varlı 200 iş adamının reytinqini açıqlayıb.

Muxalifet.az “ölkə.az”a istinadən xəbər verir ki, “Forbes”in Rusiyanın ən varlı 200 iş adamları reytinq cədvəlində əslən Azərbaycandan olan 6 nəfər də yer alıb.

“Forbes”in müəyən etdiyi 16-cı reytinq cədvəlinə 24 milyard dollarla “Sibura” və “Novateka”-nın rəhbəri Leonid Mixelson liderlik edir. İkinci yeri “NLMK”nın rəhbəri Vladimir Lisin 21,3 milyard dollarla, üçüncü yerdə isə azərbaycanlı, “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov 20,7 milyar dollarla qərarlaşıb.

Rusiyalı milyarderlər sırasında 33-cü yerd Zaxar İliyev 3,5 milyard dollarla, 34-cü yerdə Qod Nisanov 3,5 milyard dollarla, 52-ci yerdə Araz Ağalarov 1,9 milyard dollarla, 67-ci yerdə Fərhad Əhmədov 1,7 milyard dollarla qərarlaşıb. Seyfəddin Rüstəmov isə 700 milyon dollarla 152-ci yerdə qərarlaşıb.