Rusiyadan ŞOK: ABŞ Avropada raket yerləşdirmək üçün…

Baxış sayı:
4276

Vaşinqton praktik olaraq Avropada yerüstü raket qurğularının yerləşdirilməsi üçün infrastrukturun praktik olaraq bərpasına başlayıb.

Muxalifət.az xəbər verir ki, bunu Federasiya Şurasında çıxış edən zaman Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. Onun sözlərinə görə, Moskva ABŞ-ın bu addımını cavabsız qoymayacaq:

“Zamanında ABŞ kiçik və orta mənzilli raketlərin ləğvi haqqında razılaşma çərçivəsində ABŞ Tomaqavk ailəsinə aid raketlər üçün nəzərdə yerüstün infrastrukturu ləğv etmişdi. Bu imkan verdi ki, bu tip silahların quruda yerləşdirilməsi potensialını etibarlı şəkildə ləğv edə bilək. Lakin üstündən bir neçə on il keçdikdən sonra ABŞ tərəfi bu cür infrastrukturu quruda bərpa etməyə başlayır və bunu imzaladığı razılaşma çərçivəsində üzərinə düşdüyü öhdəliyi pozmağa çalışır. Söhbət burada xüsusilə Avropada yerləşdirilən Aegis Ashore hava hücumundan müdafiə kompleksləri, eləcə də çoxfunksiyalı Mk-41 qurğularının genişləndirilməsindən gedir. Bu qurğular orta mənzilli raketlərin buraxılması üçün istifadə edilə bilər. Destabilizasiya yaradan bu addımı biz cavabsız qoya bilmərik”./axar/