Rusiyada əcnəbilərə yaşamaq icazəsi sadələşdirilir – PUTİNDƏN NAZİRLƏRƏ TAPŞIRIQ
26-06-2018 12:32
Baxış sayı:
4051

Rusiyada rus dilini bilən və burada yaşamaq istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış icazələrinin verilməsi prosedurları sadələşdirilir.
Bu barədə prezident Vladimir Putin Daxili İşlər və Əmək və Sosial Müdafiə nazirliklərinə tapşırıq verib.
Sənəd mətnində qurumların tapşırığı bu il avqustun 31-dək yerinə yetirməli olduğu qeyd edilib/Report.