Rusiya KTMT və MDB-də tələblərini sərtləşdirir - DAHA ÇOX SADİQLİK TƏLƏB EDİR

Baxış sayı:
7876

Son zamanlar Rusiya KTMT və MDB çərçivəsində daha sıx əməkdaşlığın zəruri olduğuna və təşkilat daxilində sadiqliyin səviyyəsini artırılmasını irəl sürərək, qarşılıqlı münasibətlərdə öz tələblərini sərtləşdirir .
Bunu Tert.am-a müsahibəsində erməni professor Garik Keryan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərini yekunlaşdırarkən deyib.
Politoloq qeyd edib ki, Lavrovun səfərində yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini görmək lazım deyil, çünki onun demək olar ki, hər səfəri həmişə Qarabağ məsələsi ilə əlaqəlidir, baxmayaraq ki, bu da müzakirə olunan ən vacib məsələlərdən biridir.
“Çox güman ki, söhbət Rusiyanın burada mövcudluğunu gücləndirmək, yəqin ki, texniki baxımdan hərbi təchizatı yeniləmə və yeni silahlarla təminatdan gedir. Ola bilsin ki, həm Suriya hadisələri, həm də Rusiya-Türkiyə əməkdaşlığına dair təhlükəsizlik problemləri ilə bağlı müzakirələr aparılıb "dedi. 
Qeyd edildiyinə görə Azərbaycan hər an Rusiyaya xatırladır ki, Azərbaycanın Avrasiya nüfuz dairəsində qalması yalnız “DQ” məsələsinin həlli ilə bağlıdır.
"Bu, Rusiya üçün çox böyük bir vəzifədir, çünki bu gün Rusiyanın xarici siyasətinin məqsədi postsovet məkanında öz təsirini bərpa etməkdir. Azərbaycan isə bu zəncirdə çox vacibdir.
Buna əsaslanaraq, güman etmək olar ki, Dağlıq Qarabağ məsələsində Ermənistan, Rusiya və Azərbaycan arasında müzakirə mövzusu ola biləcək bir konkret təklif var, bunun Rusiyanın Qarabağ məsələsini həll etməsi, Azərbaycan səbrli olmağa yönəldilməsi ilə bağlı Rusiyanın apardığı imitasiya olması da mümkündür", dedi.
Politoloq qeyd edib ki, Rusiyanın Cənubi Qafqazdakı xarici siyasəti də həsəd aparılacaq səvyyədə deyil.
“Görünən budur ki, Gürcüstan Rusiyanın təsir zonasını əbədi tərk edib. Ermənistan, Rusiyanın sabit müttəfiqi olmasına baxmayaraq, bu kifayət deyil və bəlkə də müəyyən dərəcədə Azərbaycanın həm Avrasiya inteqrasiyasına, həm də hərbi-siyasi təhlükəsizlik strukturlarına daxil olması yetərli olardı, bunun üçün isə Rusiyanın Azərbaycanı məmnun edən bir addım atıması və bu məsələdə irəliləməyə kömək etmək görüntüsü yaratmaq bəs olardı"dedi. 
Lavrovun Qarabağ əhalisinin razılığı olmadan heç bir sənədin imzalanmayacağı ilə bağlı açıqlamasına gəlincə, onun Nikol Paşinyandan sitat gətirməsi, Dağlıq Qarabağ münaqişəsinin həllinin hər üç tərəfi qane etməsi barədə razılığına gəlincə, tarixdə indiyə qədər hər üç tərəfi qane edəcək bir həll yolu olmadığını bildirdi: münaqişə ya tərəflərdən birinin maraqlarına görə həll edildi, ya da iki tərəfi qismən məmnun edən bir kompromis tapıldı.
Rusiyanın Ermənistana təsirinin güclənməsinə gəlincə, yeni erməni hakimiyyəti müəyyən məqamlarda Rusiya siyasi elitasında inamsızlıq yaratsa da, postsovet ölkələrinin inqilabından fərqli olaraq Ermənistandakı inqilabın yeni geosiyasi bir xətti yoxdur.
“Təsiri artırmaq istəyi bütün böyük dövlətlər üçün təbii və normaldır. Bəlkə də müəyyən mənada gizli razılaşmalar oldu və Ermənistan siyasi addımlarını Rusiya ilə əlaqələndirmək baxımından üzərinə daha çox öhdəlik götürdü və bu aspektdə Rusiyanın ermənilərə təsirini gücləndirməsi mümkündür, amma Ermənistan Rusiyanın öz geosiyasi məqsədlərinə, o cümlədən Cənubi Qafqazda daha çox təsir zonalarına sahib olmaq mənasında Azərbaycanı da nüfuz dairəsinə salmağa nə deyəcək? Bu məsələdə Ermənistanın müqavimət göstərə biləcəyini və ya “məcbur razılaşacağını”, zaman göstərəcək ”, deyə söhbəti yekunlaşdırdı.
Muxalifet.az