Rusiya-Gürcüstan müharibəsi FOTOLARDA

Baxış sayı:
11110

2008-ci ildə baş vermiş və 5 gün davam etmiş Rusiya-Gürcüstan müharibəsindən 10 il keçir. Rusiya ordusu Gürcüstan qoşunları ilə Cənubi Osetiya separatçıları arasında silahlı toqquşmalara müdaxilə etmək üçün Gürcüstan ərazisinə daxil olurlar. Müharibə nəticəsində hər üç tərəfdən yüzlərlə insan həlak olub. Rusiya qoşunları Cənubi Osetiya yaxınlığındakı Qori şəhərində küçələrə nəzarət edir, 14 avqust 2008-ci il. Qori və Tbilisi şəhərləri arasında Gürcüstana məxsus zirehli maşın partaldığından Gürcüstan qoşunları fərdi avtomobildə hərəkət edir. Rusiya qoşunları Gürcüstanla separatçı Cənubi Osetiya qoşunları arasında silahlı münaqişəyə müdaxilə etmək üçün hərəkət edirlər. Rusiya təyyarələrinin Qori şəhərini bombalamasının ardından Gürcüstan qoşunları yaşayış binasının yanından keçir. Tsxinvali-Qori yolunda əşyalarını arabada daşıyan gürcü qadın. Rusiya təyyarələri tərəfindən bombalamasından bir neçə saat sonra sakinlər yanmış mənzillərindəki əşyalarını axtarırlar. Yaxınları, 9 avqustda Cənubi Osetiyanın Tsxinvali şəhərindəki döyüşlərdə həlak olmuş 30 yaşlı gürcü əsgər Georgi Makridze ilə vidalaşırlar. Gürcü ailələr Rusiya təyyarələri tərəfindən bombalanmış evlərinin dağıntılarını ziyarət edirlər. Cənubi Osetiyanın Tsxinvali şəhərindəki yaşayış binasının yanında dalğalanan Rusiya bayrağı. Gürcüstan prezidenti Mixail Saakaşvilinin 12 avqust 2008-ci ildə Tbilisidəki çıxışını dinləməyə toplaşmış sakinlər. Tbilisi Beynəlxalq Hava Limanı yaxınlığındakı sığınacaqda yerləşdirilmiş köçkünlər, 17 avqust 2008-ci il.