​Ərdoğanın qələbəsi bizim üçün vacib idi - Jeleznyak

Baxış sayı:
9940

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdəki qələbəsindən sonra siyasi sabitliyin davam etməsi Rusiya-Türkiyə münasibətlərinin davamı baxımından əhəmiyyətlidir.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Sergey Jeleznyak bildirib.
"Ərdoğan və AKP-nin qələbəsi, Ankaranın daxili və xarici siyasətdə mövqeyini gücləndirəcək. Türkiyədəki daxili siyasi sabitlik, xalqın prezidentinə və başında olduğu partiyaya dəstəyi ikitərəfli əlaqələrin davamı üçün çox vacibdir", - Jeleznyak söyləyib.
Qeyd edək ki, ötən gün Türkiyədə prezident və parlament seçkiləri baş tutub. Prezident seçkisində Rəcəb Tayyib Ərdoğan 52,5% səslə qalib gəlib.