Ərdoğan ilk səfərini hansı ölkəyə edəcək?
28-06-2018 14:43
Baxış sayı:
4189

24 iyun prezident seçkisində qazandığı qələbədən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın ilk səfər edəcəyi ölkələrin adı açıqlanıb.
Muxalifət.az xəbər verir ki, Türkiyə mediası Ərdoğanın ilk səfərini Quzey Kıprıs və Azərbaycana gerçəkləşdirəcəyini yazıb.
Səfər Ərdoğanın andiçmə mərasimindən sonra dəqiqləşdiriləcək.
Qeyd edək ki, 24 iyun seçkisində R.T.Ərdoğan 52,5 faiz səslə ilk turdaca Türkiyənin prezidenti seçilib.