"Qarabağ probleminin həllində yeni resept tapmaq çətindir" - ATƏT-in daimi nümayəndəsi

Baxış sayı:
2742

"Qarabağ probleminin həllində yeni resept tapmaq çətindir". Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç "Rossiya Seqodnya" informasiya agentliyində keçirilən mətbuat konfransında deyib. "Dağlıq Qarabağ probleminin həlli 100% ATƏT-in fəaliyyət dairəsindədir. Əlbəttə, danışıqlarda deyilən kəskin bəyanatlar ev hazırlığıdır. Amma mən inanıram ki, addım-addım irəliləyəcəyik. Və gözlənilən nəticəyə gələcəyik" - deyə o, bildirib.