Qarabağ əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi planlarına yenidən baxılıb
28-08-2018 15:14
Baxış sayı:
4732

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzil alınması planlarına yenidən baxıb. Mənzillərlə təkcə bu kateqoriyaya aid olan və Bakıda yaşayan vətəndaşlar deyil, həmçinin Sumqayıt, Gəncə və Mingəçevirdə yaşayanlar da təmin ediləcək.
Nazirlik tikinti şirkətlərini 404 ədəd bir, iki və üç otaqlı mənzillərin satışı ilə bağlı təkliflər verməyə çağırıb. Buna qədər avqustun 9-da yalnız Bakıda 130 mənzilin alınmasına dair planlar barədə məlumat verilmişdi(turan).