“Qarabağ” Çempionlar Liqasının oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

"Qarabağ" klubu Çempionlar Liqasında ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
 
Bununla bağlı UEFA ilə razılıq əldə olunub.
"Qarabağ"ın Bakı Olimpiya Stadionunda ilk matçı sentyabrın 27-də baş tutacaq. Komandamız həmin gün "Roma"nı qəbul edəcək.
Oktyabrın 18-də "Atletiko" və noyabrın 22-də "Çelsi" ilə görüşlər də ölkənin ən böyük stadionunda oynanılacaq.
Qeyd edək ki, C qrupunda yer alan "Qarabağ"ın ilk oyunu "Çelsi"yə qarşı olacaq. Qrupun sonuncu oyunu isə dekabrın 5-də İtaliyanın paytaxtında keçiriləcək:
  12 sentyabr
 "Çelsi" (İngiltərə) - "Qarabağ"
 27 sentyabr
 "Qarabağ" - "Roma" (İtaliya)
 18 oktyabr
 "Qarabağ" - "Atletiko" (İspaniya)
 31 oktyabr
 "Atletiko" - "Qarabağ"
 12 noyabr
 "Qarabağ" - "Çelsi"
 5 dekabr
 "Roma" - "Qarabağ"