Putin və Trampın GÖRÜŞ TARİXİ BƏLLİ OLDU
28-06-2018 16:22
Baxış sayı:
4039

Kremldən edilən açıqlamada Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trampın 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə bir araya gələcəyi açıqlanıb.
Putin ilə Tramp arasında gözlənilən görüşün təfərrüatları nəhayət açıqlanıb. Putinin dünən Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonla söhbətindən sonra Kreml, iki liderin Finlandiyanın paytaxtı Helsinkidə bir araya gələcəyini bildirib.
Açıqlamada "Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trampın iyulun 16-də Helsinkidə görüşü məsələsi razılaşdırıldı” deyə, qeyd edilib.
Müxalifət.az