Putin FTX-nin müəmmalı generalını Qafqaza göndərdi

Baxış sayı:
4198
Rusiya Prezidenti Vladimir Putin general-mayor Aleksandr Matovnikovu özünün Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi təyin edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin mətbuat xidməti yayıb. Matovnikov bu vəzifədə vitse-admitral Oleq Belaventsevi əvəz edib.
Qeyd edək ki, Matovnikov Rusiya Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin rəhbəridir. Matovnikov ictimaiyyət qarşısına ilk dəfə 2017-ci ildə çıxıb. Müdafiə Nazirliyinə gətirilməzdən öncə isə general-mayor Federal Təhlükəsizlik Xidmətin “A” xüsusi təyinatlı mərkəzində çalışıb.
O, hər iki çeçen müharibəsində iştirak edib.