Putin ABŞ-ın Çinlə bağlı təklifinə cavab verdi

Baxış sayı:
6883

Strateji silahlanma üzrə Rusiya-ABŞ danışıqlarına Çini də daxil etmək təklifinə Rusiya prezidenti Putin Fransa və Böyük Britaniyanı da əlavə etməyi təklif edib. Eyni zamanda o bildirib ki, Çin rəhbərliyi hesab edir ki, hələ Çin-ABŞ-Rusiya silah müzakirələrində iştirak etmək vaxtı gəlməyib. Əvvəllər Çin XİN bəyanat vermişdi ki, Pekin Moskva və Vaşinqton arasında silahlanmanın nəzarət altına alınması danışıqlarında iştirak etməyi planlaşdırmır. Lakin atom silahlanmasının “məqbul həddə” azaltmağa hazır olduğunu bildirib. Muxalifet.az