Putin 2020-ci ilin ilk həftəsində Türkiyəyə gəlir

Baxış sayı:
7525

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Rusiya prezidenti Putinin yanvar ayının ilk həftəsində Türkiyəyə gələcəyini açıqlayıb.

“Prezident Putinin yanvarın ilk həftəsində Türkiyəyə gəlməsi gözlənilir. Rusiya ilə birgə patrullar davam edəcək. Qamışlıda hələ YPG terrorçuları var. Əvvəldən razılaşdığımız kimi sərhəd xəttindən 30 km daxili ərazinin terrorçularından təmizlənməlidir. Soçi sazişinin maddələri məlumdur, məsuliyyət Rusiyanın üzərindədir”, deyə Qalın bildirib.
Muxalifet.az