"Poqonunu sökəcəyi" generalın kəndindən İncəyə - CAVAB

Baxış sayı:
9850

CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin təhdid etdiyi 2-ci ordu komandanı, general İsmayıl Mətin Təməlin doğulduğu Bayburt rayonunun Taxt kəndində İncəyə cəmi 1 səs verilib.

Muxalifət.az xəbər verir ki, 153 seçicinin səsvermə hüququndan istifadə etdiyi məntəqədən CHP də cəmi 1 səs toplayıb.

Generalın kəndində seçicilərin 145 nəfəri Ərdoğanı, 4 nəfəri Akşənəri, 3 nəfəri isə Təməl Qaramollaoğlunu dəstəkləyib.

Xatırladaq ki, Ərdoğanın İncəni tənqid edən çıxışını alqışlamasından sonra CHP-nin namizədi M.İncə “o generalın poqonlarını sökəcəyəm” demişdi.