"Papanın iddiası qeyri-əxlaqidir..."

Dini komitənin sədri Roma papasının "soyqırımı" iddialarını şərh edib

Türkiyənin rəsmi dini qurumu “Diyanət” komitəsinin sədri professor Mehmet Görmez Roma papası Fransiskin qondarma erməni “soyqırımı” barədə açıqlamalarına münasibət bildirib.

Dini komitənin sədri katoliklərin liderinin açıqlamasını “qeyri - əxlaqi” sözləri ilə dəyərləndirib.

“Reuters” agentliyinə müsahibə verən Mehmet Görmez Fransiskin sözləri üçün, “Minimum xristianlıq əxlaqından uzaq bir açıqlama” – deyib.

Xatırladaq ki, katoliklərin ruhani lideri papa Fransisk aprelin 11-də Romada müqəddəs Pyotr kilsəsində keçirdiyi ayində 1915-ci il hadisələri barədə danışmış və XX əsrdə ilk “soyqırımına” ermənilərin məruz qaldığını iddia etmişdi.