ÖZLƏRİNİ ATƏT-in MÜŞAHİDƏÇİLƏRİ KİMİ TƏQDİM ETDİLƏR VƏ... - Türkiyədə 10 əcnəbi saxlanıldı
24-06-2018 16:06
Baxış sayı:
1337

Türkiyədə 27-ci çağırış millət vəkilləri və prezident seçkiləri zamanı qeydiyyatı olmayan, amma özlərini ATƏT-in beynəlxalq müşahidəçisi kimi təqdim edən 10 əcnəbi saxlanılıb.
Həbs edilənlərdən 3-ü fransız, 3-ü alman, 4-ü isə italiyalıdır.
Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib ki, fransız müşahidəçilər Ağrıda, alman müşahidəçilər Şırnakda, italiyalı müşahidəçilər isə Diyarbəkir və Batmanda saxlanılıb.
Seçkiyə müdaxilə səbəbindən Türkiyə Daxili İşlər Nazirliyi saxlanılan əcnəbilərlə bağlı araşdırmalara başlayıb.
Bu şəxslərin seçkilərlə bağlı akkreditasiyadan keçmədiyi və ATƏT-in müşahidəçiləri olmadığı halda özlərini əcnəbi müşahidəçi kimi təqdim etmələri müəyyən olunub.