Oqtay Şirəliyev onu yeni aparat rəhbəri TƏYİN ETDİ - Foto
28-02-2019 10:43
Baxış sayı:
8632
Səhiyyə naziri Oqtay Şirəliyev yeni aparat rəhbəri təyin edib. Unikal.org-un əldə etdiyi məlumata görə, Oqtay Şirəliyevin müvafiq əmri ilə, Nadir Zeynalov Səhiyyə Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyinat alıb.
Sözügedən xəbəri Unikal.org-a Səhiyyə Nazirliyindən təsdiq ediblər.
Qeyd edək ki, Nadir Azər oğlu Zeynalov 24.10.1976-cı ildə Bakıda anadan olub. O bu vəzifəyə kimi, Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışıb.
Xatırladaq ki, bir neçə gün öncə Səhiyyə Nazirliyi Aparatının keçmiş rəhbəri Zəkiyyə Mustafayeva işdən çıxaraq, Qida Təhlükəsizliyi Agentliyində aparat rəhbəri təyin olunmuşdu.