Terrorçubaşı Karayılandan seçki xəbərdarlığı

Terror təşkilatı PKK-nın terrorçubaşlarından Murad Karayılan “Millət İttifaqı” üçün səs istəyib. Karayılan, "AK Partiya və MHP-yə səs vermək cinayətdir. Seçkidə kimsə yolunu itirməsin və günahkar duruma düşməsin. Əgər onlar qazanarsa bitərik" deyib.
Karayılan CHP-HDP-İP ittifaqına dəstək istəyərək, "Bu seçkilər təkcə bələdiyyə seçkiləri deyil, bizim üçün varlıq və yoxluq məsələsidir" - deyib.
CHP, İP və Səadət Partiyası rəhbərliklərinin gizlətməyə çalışdığı HDP ilə ittifaqı terror təşkilatının terrorçubaşısı Karayılan bir daha ifşa edib. Karayılan terror təşkilatının yayım orqanı TV və internet saytlarında yayımlanan açıqlamasında, AK Partiya və MHP-nin yaratdığı “Cümhur İttifaqına” səs verəcək seçiciləri təhdid edib, eyni zamanda CHP, İP və SP namizədlərinə dəstək istəyib.
İslam dərsi də verdi
Daha əvvəlki seçkilərdə AK Partiyaya səs vermiş olan kürd mənşəli vətəndaşlara da müraciət edən terrorçu Karayılan, AK Partiyaya veriləcək dəstəyin İslam hüququna görə "günah olduğunu" söyləyib.
Karayılan, "İndiyə qədər hansı səbəbdən olursa olsun, AK Partiyaya səs verən kürdlər, bu seçkidə AK Partiyaya səs verməməlidir. Əgər başqa bir partiyaya səs verməyə könülləri yoxsa, o zaman seçkiyə getməməlidir" deyə bildirib.
Müxalifət.az