Ağ Ev sözçüsünün bu sözü təpkiyə səbəb oldu

Baxış sayı:
6025

Ağ Evin sözçüsü Sarah Sanders, Xristian Yayım Şəbəkəsində (CBN) iştirak etdiyi proqramda Donald Trampın rəhbərliyini qiymətləndirib.
 
Tanrının hər kəs üçün bir rol verdiyini qeyd edən Sanders, "Tanrı Trampın prezident olmasını istəyib, bu vəzifədə olmasının səbəbi də budur" deyib.
 Sanders, "Tramp vəzifə boyu dini inancları olan şəxslərin əhəmiyyət verdiyi şeyləri dəstəkləyən bir çox uğurlu işə imza atdı" deyə bildirib.
 
Sandersə təpki
 
 Amerikan mediasında və ictimaiyyətində diqqət mərkəzində olan Sandersın sözləri, bəzi dairələrdən dəstək görərkən, bəzi təbəqələrdən isə qarışıq təpkilər görüb. Digər tərəfdən, Sanders ABŞ Suriyadan çəkilmə prosesindən sonra bölgədəki xristianlar və kürdlərin zərər çəkməməsini təmin edəcəklərini ifadə edib. Sanders bu məsələdə Türkiyə ilə təmas halında olduqlarını bildirib.
Müxalifət.az