Gürcüstan rusiyalı hakeri ABŞ-a təhvil verdi
8-09-2018 14:08
Baxış sayı:
2695
Gürcüstan Rusiya vətəndaşı Andrey Türini ABŞ-a ekstradisiya edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ABŞ-ın Məxfi Xidmət, Federal Təhlükəsizlik Bürosu və Prokurorluğunun birgə bəyanatında belə deyilir.
A.Türin maliyyə strukturlarının sistemlərinə kiber hücumda ittiham olunur.
Rusiya vətəndaşını ABŞ-da üst-üstə 97 il həbs cəzası gözləyir.
Qeyd olunur ki, A. Türin genişmiqyaslı haker hücumuna, o cümlədən ABŞ-da 80 milyon müştərinin şəxsi məlumatlarının oğurlanmasına görə məsuliyyət daşıyır.