Tramp snayperlərin nəzarəti altında qolf oynadı – FOTO

Baxış sayı:
1903

ABŞ Prezidenti Donald Tramp Şotlandiyada istirahət edərkən Edinburq sakinlərinin etirazı ilə üzləşib.
Belə ki, qolf oynadığı zaman minlərlə insan Edinburq küçələrində Trampın siyasətinə etiraz edib.
ABŞ prezidentinin həyatını qorumaq məqsədilə əraziyə snayperlər, kəşfiyyatçılar və xeyli sayda təhlükəsizlik işçisi cəlb edilib.
İngiltərə Beynəlxalq Ticarət naziri Liam Foks açıqlamasında etirazçıların utanmalı olduğunu deyib.
Qeyd edək ki, bir müddət öncə İngilətərəyə rəsmi səfərə gedən Tramp etirazlarla qarşılanıb. Ötən cümə Trampa qarşı Londonda baş tutan etirazlarda 250 min nəfər iştirak edib(axar.az).