“MÜQƏDDƏS YER”DƏN QAÇIŞ – Rusiya və Çin BMT-nin humanitar proqramlarına niyə müharibə elan edib?

Çin və Rusiya Tramp administrasiyasının insan hüquqları uğrunda mübarizədən imtina etməsindən və BMT-nin xərclərinin azaldılması üçün səylərindən ruhlanaraq mülki əhalini zorakılıqdan və seksual istismardan qoruyan sülhməramlı missiya proqramlarının bütün dünya üzrə azaldılmasına çalışırlar. Bunu diplomatlar və gizli sənədlər təsdiq edir.
İki ölkə bağlı qapılar arxasnda keçirilən büdcəyə dair danışıqlarda belə bir kampaniya aparırlar. Onlar bu kimi proqramların maliyyələşməsinin ciddi şəkildə azaldılması və ən azı 170 işçi yerinin ixtisarından yana çıxış edirlər. İnsan haqlarının müdafiəsinə ümumi nifrət hissi ilə yanaşan hər iki dövlət heab edir ki, BMT üzv dövlətlərin daxili siyasi işlərinə qarışmamalıdır.
Onların bu məsələdəki yanaşmaları yeni deyil və bundan əvvəlki ABŞ administrasiyaları insan haqları sahəsində BMT-nin işinin Çin və Rusiya tərəfindən baltalanmasının qarşısını ala bilirdilər. İndi isə prezident Donald Trampın dünyadan təcrid olunma və beynəlxalq təşkilatlara pul verməmək üçün impulsiv səylərindən bu iki dövlət əhəmiyyətli dərəcədə udur.
“İlbəil Çin və Rusiyanın insan hüquqları uğrunda mübarizəni azaltmağa yönəlik fəaliyyəti daha da iddialı hala gəlir, lakin bu il onlar xüsusilə gücləniblər, – diplomatlardan biri deyib. – Görünür Vaşinqton xərcləri azaltmaq üçün ciddi təzyiq göstərir. Biz qorxuruq ki, indi o, insan hüquqları uğrunda öz mövqeyini rahatlıqla əldən verə bilər”.
Danışıqlar üzrə BMT-nin xidməti sənədlərində gedən məlumatlara görə, Çin və Rusiyanın təklif etdiyi ixtisarlar insan hüquqlarının pozulmasının araşdırılmasına və Kiprdən Cənubi Sudana qədər qadın və uşaqların seksual istismarına dair faktlara yönəlik BMT proqramlarının maliyyələşməsinə aiddir.
Məsələn, Rusiya Konqo Demokratik Respublikasında, Kiprdə, Haitidə, Sudanda və Cənubi Sudanda insan haqları üzrə BMT sülhməramlı missiyalarının işinin maliyyələşməsini 50%-dək ixtisar etmək istəyir. O, həmçinin Mərkəzi Afrika Respublikaında və Haitidə uşaq və qadınların seksual istismarının qarşısının alınmasına yönəlik proqramın büdcəsinin iki dəfə azaldılmasına çağırır.
Bundan başqa Moskva insan hüquqlarının müdafiəsi ilə bağlı bir çox iş yerlərinin, vəzifələrin, o cümlədən Konqoda insan hüquqları pozuntuları qurbanlarının vəkili vəzifəsini ixtisara salmaq niyyətindədir.
“Əgər o, bunu etməyə müvəffəq olsa, bu kimi ixtisarlar BMT-nin sülhməramlı işini 10 il geriyə atacaq”, – deyə Münaqişələr zamanı zərər çəkmişlər üzrə analitik Mərkəzin (Center for Civilians in Conflict) sülhməramlı məsələlərə dair bölümünün direktoru Elison Giffen (Alison Giffen) bildirib: “Münaqişələrin mürəkkəbliyinin artması və zorakılıq qurbanı olan insanların sayının çoxalması fonunda sülhməramlı səyləri azaltmaq yox, əksinə, gücləndirmək lazımdır”, – deyə o, əlavə edib. (Xpressa.net)