Azərbaycanda anonim müalicə alan NARKOMANLARIN SAYI AÇIQLANDI

Bu yanvarın 1-dək respublika üzrə 30131 nəfər narkoman qeydiyyatdadır. Onların 15139 nəfəri dispanser qeydiyyatındadır, 4992 nəfər profilaktik, 1031 nəfər anonim müalicə alır. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, qeydiyyatda olanların 595 nəfəri qadındır. Onların 450 nəfəri dispanser, 145 nəfəri profilaktik qeydiyyatdadır. Toksikomanların ümumi sayı 212 nəfərdir, onların 207-si dispanser 5 nəfəri profilaktik qeydiyyatdadır. 2017-ci il ərzində 2115 narkoman qeydiyyata götürülüb. Onların 1556-sı dispanser, 549 nəfəri profilaktik – qeydiyyatdadır. 2017-ci il ərzində qeydiyyatdan çıxarılanların ümumi sayı 1432 nəfərdir dispanser qeydiyyatında olanlar –488 nəfər, profilaktik - 944 nəfər). İnyeksion narkotik istifadəçilərinin sayı 21038 nəfər təşkil edir. Onlardan 393 nəfəri qadındır. 2018-ci ilin I rübü ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə 2018-ci il I rübü ərzində ekspertizadan cəmi 526 nəfər keçib. Onlardan 372 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub. 2018-ci ilin I rübü ərzində Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 17 nəfərdir. 2018-ci ilin I rübü ərzində Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 8056 nəfər keçmişdir. Onlardan 1043 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə edilib, 551 nəfər istifadəçi aşkarlanaraq qeydiyyata götürülüb. Bu ilin I rübü ərzində Respublika Narkoloji Mərkəzində 784 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 253 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 529 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozları ilə stasionar müalicəyə qəbul olunub. Digərləri başqa diaqnozlarla stasionar müalicəyə qəbul olunub. “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları” təsdiq edilib. Bu proqramlar inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almağa yönəlib. Hazırda Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 230 xəstə müalicə alır. Onlardan RNM-də 179 nəfəri, 51 nəfəri isə QİÇS-lə Mübarizə Mərkəzindədir.