Türkmən liderdən PEŞMƏRGƏ XƏBƏRDARLIĞI

Baxış sayı:
4006

Kərkükdəki Türkmənlərin lideri Erşet Salehi, “Peşmərgənin Kərkük və münaqişəli bölgələrə geri dönüşü böyük problemləri də bərabərində gətirəcək” deyib.
 
İraq Türkmən Cəbhəsinin İTC) sədri Erşet Salehi, Peşmərgənin Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə Kərkükə geri dönmək istədiyini bildirib və bunun problemlərə yol açacağı xəbərdarlığını edib.
Türkmən lider, "Kürdüstan Vətənpərvərlər İttifaqı (KYB), BMT-dən Peşmərgənin Kərkükə geri dönüşü üçün İraq təhlükəsizlik qüvvələri ilə birgə əməliyyat mərkəzi yaradılmasını tələb edib. İraq Türkmənləri və İraq Türkmən Cəbhəsi olaraq milli, regional və qlobal bütün tərəflərə müraciət edirik. Peşmərgənin Kərkük və münaqişəli bölgələrə geri dönüşü böyük problemləri də bərabərində gətirəcək" deyib.
 
TÜRKMƏNLƏRİN TƏHLÜKƏSİZLİYİNİ TƏHLÜKƏ ALTINDA QOYUR
 
Bölgənin taleyinin yalnız bir qrupun təşəbbüsünə buraxmayacaqlarını vurğulayan Salehi, “Ortaya çıxacaq təhlükəsizliklə bərabər, başda PKK və İŞİD olmaqla, bütün terror təşkilatlarının aksiyalarına zəmin hazırlayır. Bu vəziyyət də Türkmənlərin təhlükəsizliyini təhlükə altında qoyur" deyə, dəyərləndirmə edib.
Erşet Salehi, Kərkük və Türkmən məkanının siyasi bazarlıq mövzusu edilməməsi üçün Bağdad rəhbərliyinə müraciət edərək, bunları söyləyib:
“Türkmənlər olaraq Türkiyədəki qərar verənlərlə İraqlı tərəf müqabillərlə apardıqları danışıqlarda bu məqam üzərində həssaslıqla dayanmalarını arzu edirik. Türkmənlərin və Türkmən regionlarının təhlükəsizliyi İraq təhlükəsizliyinin təminatı deməkdir. Türkmənlərin təhlükəsizliyi təmin ounlmadıqca İraq təhlükəsiz bir yer olmayacaq. Çünki Türkmənlər İraqın onurğa sütunudur".
Müxalifət.az